İtaliya superkubokunun oyunu bu ölkədə olacaq

İtaliya superkubokunun oyunu bu ölkədə olacaq<span class="qirmizi"></span>

2022/23 mövsümü üçün İtaliya superkuboku uğrunda matçın vaxtı və məkanı açıqlanıb.

Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, son çempion “Milan”la kubokun qalibi “İnter” arasında görüş 2023-cü ilin yanvarın 18-də Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçiriləcək.

 

Qeyd edək ki, artıq 12-ci dəfədir İtaliya superkubokunun oyunu başqa ölkədə keçirilir. Buna görə yerli federasiya və klublara qonorar ödənilir.

Mənbə: qol.az