Ronaldo yekun qərarını verdi

Ronaldo yekun qərarını verdi<span class="qirmizi"></span>

Kriştiano Ronaldo "Mançester Yunayted"dən ayrılmağa hazırlaşır.

Offsideplus.az "The Times" nəşrinə istinadən xəbər verir ki, 37 yaşlı futbolçu "qırmızı şeytanlar"ın rəhbərliyindən ayrılmaq istəyinin olduğunu bildirib. O, yeni mövsümdən Çempionlar Liqasında mübarizə aparacaq komandaya keçmək istədiyini deyib. Lakin İngiltərə nəhəngi portuqaliyalı ulduzu buraxmaq niyyətində deyil.

Qeyd edək ki, müqaviləsi 2023-cü ilin yayında başa çatacaq olan Ronaldo ötən mövsüm "Mançester Yunayted" formasıyla 38 oyunda 24 qol və 3 məhsuldar ötürmə edib.

 

 

Mənbə: news.day.az