Azərbaycanda idmançı və ailəsi faciəvi şəkildə öldü

Gəncədə fəaliyyət göstərən "Metallurq" İdman Klubunun cüdo üzrə məşqçisi Orxan Hümbətov ağır yol-nəqliyyat hadisəsi zamanı vəfat edib.

Bu barədə Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidmətindən məlumat verilib.

Qəza nəticəsində mütəxəssisin ailə üzvləri də dünyasını dəyişib.

Qurum bütün cüdo ailəsi adından Hümbətov və ailə üzvlərinin vəfatından kədərləndiyini bildirib, onun yaxınlarına dərin hüznlə başsağlığı verib.

Allah rəhmət eləsin!

Report.az

ƏVVƏLKİ XƏBƏR

Almaniyada qətl törədən azərbaycanlıya görə polis bir neçə obyekt və evə basqın edib

SONRAKI XƏBƏR

KREML AVROPA BİRLİYİNƏ ŞANTAJI GÜCLƏNDİRİB – Qərb ölkələri isə Rusiyanı milyardlarla dollardan məhrum etməyin yollarını tapıblar