İki legioner ÇSKA ilə müqaviləni dayandırıb

İki legioner ÇSKA ilə müqaviləni dayandırıb<span class="qirmizi"></span>

Rusiya ÇSKA-sının hücumçusu Çidera Ejuke və yarımmüdafiəçi Arnor Siqurdsson Moskva klubu ilə müqaviləni dayandırıb.

“Report” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Futbolçular FİFA-nın klubla müqaviləni 2023-cü il iyunun 30-dək dayandırmağa imkan verən düzəlişindən yararlanıblar.

Klub futbolçuların müqavilə öhdəliklərinə baxmayaraq verdiyi qərardan təəssüfləndiklərini qeyd edib. ÇSKA FİFA-nın qərarı ilə bağlı məhkəmələrə müraciət etməyi planlaşdırdıqlarını da əlavə edib.

 

Mənbə: report.az