Qazaxıstan klubu Azərbaycan millisinin qapıçısı ilə müqaviləni ləğv edib

Qazaxıstan klubu Azərbaycan millisinin qapıçısı ilə müqaviləni ləğv edib<span class="qirmizi"></span>

Qazaxıstanın "Turan" klubu Azərbaycan millisinin qapıçısı Emil Balayevlə yollarını ayırıb.

"Report" klubun rəsmi instaqram hesabına istinadən xəbər verir ki, 28 yaşlı qolkiperin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.

"Turan" Balayevə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Emil Balayev martın əvvəlində Qazaxıstan təmsilçisi ilə sözləşmə imzalamışdı.

Mənbə: report.az