"Neftçi" İsrail klubunun futbolçusunu istəyir

"Neftçi" İsrail klubunun futbolçusunu istəyir<span class="qirmizi"></span>

"Neftçi" heyətini daha bir futbolçu ilə gücləndirmək istəyir.

"Report" "One.co.il" saytına istinadən xəbər verir ki, "ağ-qaralar" İsrailin "Aşdod" klubunda çıxış edən Fares Abu Akellə maraqlanır.

25 yaşlı yarımmüdafiəçinin yaxın günlərdə "Neftçi" ilə müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, Fares Abu Akel 2019-cu ildən "Aşdod"da çıxış edir.

Mənbə: report.az