Yakub Jezniçak: "Lex" "Qarabağ"dan qorxmamalıdır"

Yakub Jezniçak: "Lex" "Qarabağ"dan qorxmamalıdır"<span class="qirmizi"></span>

"Lex" Çempionlar Liqasının, Avropa Liqasının və Konfrans Liqasının qrup mərhələsində oynamaq haqqında düşünürsə, "Qarabağ" kimi komandadan qorxmamalıdır".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın sabiq futbolçusu Yakub Jezniçak UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Polşa "Lex"i ilə Azərbaycan çempionu arasında baş tutacaq oyunlar haqqında danışarkən deyib.

"Visla" (Plotsk) klubunda çıxış edən 36 yaşlı polşalı müdafiəçi Poznan təmsilçisinin püşkdə bəxtinin gətirmədiyini bildirib: "Komanda püşkatmada mövcud olan mümkün rəqiblərdən ən çətinini tapdı. Daha yaxşı püşk ola bilərdi. Onları ilk turda çox çətin səfər gözləyir".

Qeyd edək ki, Yakub Jezniçak "Qarabağ"ın formasını 2017 - 2019-cu illərdə geyinib. "Köhlən atlar" “Lex"lə ilk oyununu iyulun 5-də səfərdə, cavab görüşünü isə bir həftə sonra evdə keçirəcək.

Mənbə: report.az