"Barselona" "Milan"ın futbolçusunu transfer edib

İspaniya "Barselona"sı heyətini yeni futbolçu ilə gücləndirib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, Kataloniya təmsilçisi İtaliya "Milan"ından Frank Kessyeni transfer edib.

Kot d İvuarlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb. 26 yaşlı oyunçuya 500 milyon avro təzminat qiyməti qoyulub.

Qeyd edək ki, "Barselona" Frank Kessyeni iyulun 6-da ictimaiyyətə təqdim edəcək.

Report.az

ƏVVƏLKİ XƏBƏR

“Taliban” böyüklərlə azyaşlıların idman zalına birgə getmələrini qadağan edib

SONRAKI XƏBƏR

Abşeronda içərisində avtomobillər olan emalatxana yanıb