"Zirə" afrikalı futbolçu ilə yollarını ayırıb

"Zirə" futbolçusu Ahmed Ayzaya ilə yollarını ayırıb.

"Report" paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

"Qartallar" nigeriyalı oyunçuya gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Ahmed Ayzaya bu ilin fevralında "Zirə" ilə 1,5 illik sözləşmə imzalamışdı.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Abşeronda içərisində avtomobillər olan emalatxana yanıb

SONRAKI XƏBƏR

"Qoşunlarımız Lisiçanskı itkisiz tərk etdi" - Qayday