"Lex"in baş məşqçisi: "Qarabağ"a hörmət edirik"

"Çempionlar Liqasında zəif rəqib yoxdur. "Qarabağ"a hörmət edirik. Həqiqətən çox yaxşı komandadır. Ötən mövsüm Konfrans Liqasında etdiklərini görmüşük. Eləcə də rəqib bizə hörmətlə yanaşır".

"Report"un məlumatına görə, bunu Polşa "Lex"inin baş məşqçisi Con van den Brom evdə "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının I təsnifat ilk oyunundan öncə mətbuat konfransında deyib.

Qeyd edək ki, iyulun 5-də Poznandakı eyniadlı arenada oynanılacaq "Lex" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Xarkovda məktəbə raket zərbəsi endirildi - FOTO

SONRAKI XƏBƏR

Yunanıstan Rusiyanı neft embarqosundan yayındırır - Türkiyə isə...