"Lex" "Qarabağ"a görə Superkubok matçının təxirə salınmasını istəyib

"Lex" "Qarabağ"a görə Superkubok matçının təxirə salınmasını istəyib<span class="qirmizi"></span>

"Lex" klubu "Rakov"a qarşı keçirəcəkləri Polşa Super Kuboku uğrunda oyunun təxirə salınmasını istəyib.

"Report"un yerli mətbuata istinadən məlumatına görə, bu barədə komandanın baş məşqçisi Con van den Brom açıqlama verib.

56 yaşlı mütəxəssis "Qarabağ"la UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununa daha yaxşı hazırlaşmaq üçün bu addımı atdıqlarını söyləyib.

Niderlandlı baş məşqçi Polşa Futbol İttifaqının bu təklifi rədd etdiyini vurğulayıb.

Qeyd edək ki, "Qarabağ" “Lex"ə qarşı ilk oyununu iyulun 5-də səfərdə, cavab görüşünü isə bir həftə sonra evdə keçirəcək. "Lex" - "Rakov" görüşü avqustun 9-da olacaq.

Mənbə: report.az