Millimizin rəqibləri bəlli olub

15 yaşadək stolüstü tennisçilərin Avropa çempionatında seçmə komandalarımızın rəqibləri müəyyənləşib. Oğlanlardan ibarət komandamız “E” qrupunda Avstriya və Sloveniya seçmələri ilə mübarizə aparacaq.

Qızlardan ibarət seçməmiz isə “H” qrupunda İsveç, Yunanıstan və Monteneqro kollektivləri ilə yarışacaq. Yarışda idmançılar komanda turniri ilə yanaşı şəxsi, qoşa və qarışıq qoşa yarışlarında da bacarıqlarını göstərəcəklər.

İyulun 6-dan 15-dək davam edəcək turnir Serbiyanın paytaxtı Belqradda keçiriləcək.

Realtv.az

ƏVVƏLKİ XƏBƏR

Rusiyanın bu şəhərinin adı dəyişdirilə bilər

SONRAKI XƏBƏR

Cəlilabadda 14 yaşayış məntəqəsini birləşdirən yollar yenidən qurulur - FOTO / VİDEO