İtaliya klubu 39 yaşlı hücumçusu ilə müqaviləni uzadıb

İtaliya millisinin sabiq futbolçusu Fabio Kvalyarella "Sampdoriya" ilə müqaviləsinin müddətini uzadıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 39 yaşlı hücumçu 1 illik yeni sözləşməyə imza atıb.

Bu, təcrübəli forvardın A Seriyasında 20-ci mövsümü olacaq.

Qeyd edək ki, Fabio Kvalyarella 2016-cı ildən "Sampdoriya"da çıxış edir.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Millət vəkili və başçı bu təqdimata qatıldı

SONRAKI XƏBƏR

Prezidentin Fuad Muradovla bağlı sərəncamı…