Teymur Rəcəbov qələbə qazandı

Teymur Rəcəbov qələbə qazandı<span class="qirmizi"></span>

İspaniyanın paytaxtı Madriddə iddiaçılar turnirində 14-cü turun oyunları keçirilir.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan qrossmeysteri Teymur Rəcəbov son turda macarıstanlı Riçard Rapportu məğlub edib. Bununla da şahmatçımız xalların sayını 7,5-ə çatdırıb.

Qeyd edək ki, yarışın başa çatmasına bir tur qalmış 9 xal toplayan Yan Nepomnyaşi (FIDE) iddiaçılar turnirinin qalibi olub.

Xatırladaq ki, mükafat fondu 500 min avro olan turnir dairəvi sistem üzrə keçirilir.

Mənbə: qafqazinfo.az