"Qarabağ" Çempionlar Liqasında mübarizəyə başlayır

"Qarabağ" bu gün UEFA Çempionlar Liqasında mübarizəyə başlayacaq.

"Report"un məlumatına görə, "köhlən atlar" I təsnifat mərhələsinin ilk oyununda Polşa "Lex"inin qonağı olacaq. Poznan şəhərindəki eyniadlı stadionda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Görüşü ispaniyalı FIFA referisi Xose Luis Munuera idarə edəcək.

Oyun öncəsi Ağdam təmsilçisinin heyətində itki yoxdur. Meydan sahiblərindən isə 2 futbolçu oyunu buraxacaq. Polşalı müdafiəçi Bartoş Salamon zədə səbəbindən, ispaniyalı yarımmüdafiəçi Dani Ramires isə Poznan təmsilçisindən ayrılmaq istədiyi üçün meydana çıxmayacaqlar.

UEFA Çempionlar Liqası

I təsnifat mərhələsi, ilk oyun

5 iyul

22:00. "Lex" (Polşa) - "Qarabağ" (Azərbaycan)

Baş hakim: Xose Luis Munuera

Poznan, "Poznan" stadionu.

Qeyd edək ki, komandalar arasında cavab matçı iyulun 7-də Bakıda olacaq. Bu cütün qalibi II təsnifat mərhələsində İsveçrə "Sürix"i ilə qarşılaşacaq. Məğlub komanda isə UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Slovan" (Slovakiya) – "Dinamo" (Batumi, Gürcüstan) cütünün güclüsü ilə üz-üzə gələcək.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Yaponiya Rusiya və Belarusdan olan daha 90 fiziki şəxs və təşkilata sanksiya tətbiq edib

SONRAKI XƏBƏR

Çempionlar Liqasında I təsnifat mərhələsinə start veriləcək