"Qarabağ"ın rəqibi iki futbolçusu ilə yollarını ayırır

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan Polşa "Lex"i iki futbolçusu ilə yollarını ayırır.

"Report" "Sport.interia" nəşrinə istinadən xəbər verir ki, çexiyalı Yan Sikora və ispaniyalı Daniel Ramires Poznan təmsilçisində qalmaq istəmir.

Sikora artıq ölkəsinin "Viktoriya" (Plzen) klubunda təlim-məşq toplanışına qoşulub.

Ramires isə rəhbərliyə müraciət edərək ayrılmaq istədiyini söyləyib. Buna baxmayaraq, 30 yaşlı yarımmüdafiəçi "Qarabağ"la görüşlərin iştirak ərizəsinə daxil edilib.

Qeyd edək ki, "Lex" və "Qarabağ" komandaları arasındakı ilk oyun bu gün keçiriləcək. "Poznan" stadionunda qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Cavab görüşü iyulun 12-də Bakıda olacaq.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Türkiyə-Ermənistan sərhədləri açılır? - AÇIQLAMA

SONRAKI XƏBƏR

Nazir: "Xəzər regionu həll olunmamış ekoloji problemlərin mənfi təsiri ilə bağlı bir sıra çətinliklərlə üzləşir"