"Qəbələ" bu gün Türkiyə klubu ilə qarşılaşacaq

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Qəbələ" bu gün ilk yoxlama oyununu keçirəcək.

"Report"un məlumatına görə, Elmar Baxşıyevin baş məşqçi olduğu komanda Türkiyə Super Liqasında çıxış edən “Qaziantep”lə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.

Qeyd edək ki, "Qəbələ" iyulun 12-də Rumıniyanın “Çiksereda” klubu ilə də qarşılaşacaq.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Əgər Nikol Zəngəzur dəhlizinə imkan verməsə... - Markov

SONRAKI XƏBƏR

Baş Prokurorluq: "Bu ilin 5 ayıbda 517 cinayət işinin istintaqı tamamlanıb"