Liqa 1 təmsilçisinin yeni baş məşqçisi müəyyənləşib

Liqa 1 təmsilçisinin yeni baş məşqçisi müəyyənləşib<span class="qirmizi"></span>

 

Bakı, 5 iyul, AZƏRTAC

Fransanın “Marsel” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, Liqa 1 təmsilçisini bundan sonra xorvatiyalı İqor Tudor çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Qırx dörd yaşlı mütəxəssislə ikiillik müqavilə imzalanıb. O, bir neçə gün əvvəl istefaya göndərilən Xorxe Sampaolini əvəz edib.

Tudorun sonuncu iş yeri bu yay ayrıldığı İtaliyanın “Verona” komandası olub.

Mənbə: azertag.az