“Qarabağ”dan ayrıldı, “Zirə”yə keçdi - Rəsmi

"Qarabağ" futbolçusu Rüstəm Əhmədzadə "Zirə"yə keçib.

Bu haqda məlumatı Qol.az-a açıqlamasında Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə təsdiqləyib. O, 21 yaşlı hücumçunun 2022/2023 mövsümündə icarə əsasında "Zirə"də çıxış edəcəyini bildirib.

 

R.Əhmədzadə artıq "Qarabağ"ın düşərgəsindən ayrılıb və Bakı təmsilçisinə qoşulacaq. .

Qeyd edək ki, millimizin üzvü ötən ilin dekabrında Ukrayna "Minay"ından "Qarabağ"a transfer olunub.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

Si Cinpin Putinin Rusiyaya səfər dəvətini rədd etdi

SONRAKI XƏBƏR

Ukraynada ölən rusların sayı 40 minə çatır - İtkilərin siyahısı