"Neftçi"nin Boludakı ilk matçının başlama saatı dəyişdirilib

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Neftçi"nin "Sakaryaspor"a qarşı keçirəcəyi yoxlama matçının başlama saatı dəyişdirilib.

"Report"un Sakarya təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, iyulun 6-da oynanılacaq qarşılaşma nəzərdə tutulduğu kimi saat 17:00-da deyil, 15 dəqiqə tez başlayacaq. Bu qərar komandaların qarşılıqlı razılığı ilə qəbul olunub.

Görüş "Esentepe" hotelinin meydançasında baş tutacaq.

Qeyd edək ki, "Neftçi" hazırlıq çərçivəsində ümumilikdə 3 yoxlama matçı keçirməyi planlaşdırır.

Report.az

ƏVVƏLKİ XƏBƏR

ABŞ Rusiyanı "təcavüzkar" kimi tanıyacaq: "Nəticələri olduqca ağır olacaq"

SONRAKI XƏBƏR

İşğaldan azad edilmiş kənddə yanğın olub