Ayaz Quliyev Premyer Liqanın digər təmsilçisinə keçə bilər

Ayaz Quliyev Premyer Liqanın digər təmsilçisinə keçə bilər<span class="qirmizi"></span>

Rusiya "Arsenal"ının əslən azərbaycanlı futbolçusu Ayaz Quliyev "Ximki" komandasına keçə bilər.

"Report"un məlumatına görə, bu barədə Premyer Liqa təmsilçisinin Müşahidə Şurasının üzvü Roman Teryuşkov açıqlama verib.

O, 26 yaşlı yarımmüdafiəçinin tezliklə komandaya cəlb oluna biləcəyini istisna etməyib.

Qeyd edək ki, Moskva "Spartak"ının yetirməsi olan Quliyevin "Arsenal" klubu ilə müqaviləsi 2023-cü ilin iyununda başa çatır. "Transfermarkt" ona 700 min avro qiymət qoyub.

Mənbə: report.az