Azarkeşlər “Qalatasaray”ın keçmiş oyunçusunu mətbuat konfransından qovdular – VİDEO

Azarkeşlər “Qalatasaray”ın keçmiş oyunçusunu mətbuat konfransından qovdular – <span class="qirmizi">VİDEO</span>

Sloveniyanın “Olimpia” futbol klubunun azarkeşləri komandanın yeni baş məşqçisi Albert Rieranı mətbuat konfransından qovublar.

Onlar klub prezidentindən əvvəlki baş məşqçi Robert Prosineçkini niyə işdən çıxarıldığını izah etməyi tələb ediblər.

Tərəfdarlar cavab almadıqda, Rieradan mətbuat konfransını tərk etməsini istəyiblər. İspaniyalı mütəxəssis onların tələbini yerinə yetirməyə məcbur olub.

Sonradan insidentə münasibət bildirən mütəxəssis heç vaxt belə bir halla üzləşmədiyini deyib.

Qeyd edək ki, Riera peşəkar futbolçu kimi “Bordo”, “Liverpul”, “Mançester Siti” və “Qalatasaray” kimi klublarda çıxış edib.

 

Mənbə: www.oxu.az