"Qarabağ"ın oyununda meydana quş daxil olub

Polşada "Lex" və "Qarabağ" komandaları arasında UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk matçında maraqlı hadisə baş verib.

"Report"un məlumatına görə, 23-cü dəqiqədə meydana quş daxil olub. Bunu görən Ağdam klubunun qapıçısı Şahruddin Məhəmmədəliyev topu oyuna daxil etməyib.

Təhlükəsizlik xidmətinin əməkdaşları quşu meydandan çıxardıqdan sonra görüş davam etdirilib.

Qeyd edək ki, hazırda qarşılaşmada ilk hissə oynanılır və hesab açılmayıb.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Rusiyada həbs edilən amerikalı basketbolçu Baydenə məktub GÖNDƏRDİ

SONRAKI XƏBƏR

Ukraynalılar adi dronları ölüm maşınlarına çevirirlər – VİDEO