Bu gün ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edən “Qarabağ” yeni mövsümdə ilk matçına çıxıb.
Qurban Qurbanovun komandası qitənin bir nömrəli yarışının 1-ci təsnifat mərhələsində Polşa “Lex”i ilə qarşılaşıb.
Qarşılaşma Polşa təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Komandalar arasında cavab matçı 1 həftə sonra Bakıda baş tutacaq.