İbrahimoviç daha bir il “Milan”da qalacaq

İbrahimoviç daha bir il “Milan”da qalacaq<span class="qirmizi"></span>

 

Zlatan İbrahimoviç bu yay təqaüdə çıxmayacaq və “Milan” ilə yeni müqavilə imzalayacaq.

Bunu “SkySport”a istinadən jurnalist Fabrisio Romano yazıb.

Oun sözlərinə görə, Zlatan 2023-cü ilin iyun ayına qədər müqavilə imzalayacaq və daha mövsüm bir İtaliya klubunda qalacaq. Futbolçunun yeni maaşı, hədəflə bağlı bonuslarla birgə illik 1/1,5 milyon avro ətrafında olacaq.

Qeyd edək ki, İbra dizindən zədə alıb. Onun sağalması 6-7 ay çəkəcək. Lakin hücumçu Milanda oynamağa davam etmək istəyir.

Oktyabrda İbrahimoviçin 41 yaşı tamam olur.

Mənbə: www.oxu.az