Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov çempionlar turunun növbəti mərhələsində iştirak edəcəklər

Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov çempionlar turunun növbəti mərhələsində iştirak edəcəklər<span class="qirmizi"></span>

 

Bakı, 6 iyul, AZƏRTAC

Şahmatçılarımız Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov Mayamidə start götürəcək çempionlar turunun növbəti mərhələsində iştirak edəcəklər.

AZƏRTAC xəbər verir ki, iyulun 10-da start götürəcək yarışda qrosmeysterlərimizlə yanaşı, Yan-Kşiştof Duda, Radoslav Voytaşek (Polşa), Aniş Giri (Hollandiya), Leyner Dominqes, Levon Aronyan, Samuel Sevyan, Samuel Şenkland, Ceffri Şonq, Hans Niman (ABŞ), Riçard Rapport (Macarıstan), Aryan Tari (Norveç), Vei Yi, Yu Venjun (Çin) və Arjun Erigaisi (Hindistan) çıxış edəcəklər.

Yarışın mükafat fondu 210 min dollardır.

Mənbə: azertag.az