Madriddə Teymur Rəcəbov bürünc medal aldı – VİDEO

Madriddə Teymur Rəcəbov bürünc medal aldı – VİDEO<span class="qirmizi"></span>

 

Madriddə keçirilən namizədlər turnirində 3-cü yeri tutan azərbaycanlı qrossmeyster Teymur Rəcəbov bürünc medala layiq görülüb.

Bizim.Media xəbər verir ki, mükafatlandırma mərasimində medalı Teymura Azərbaycan Şahmat Federasiyasının prezidenti, FİDE-nin vitse-prezidenti Mahir Məmmədov təqdim edib.

Həmçinin, Rəcəbov maddi mükafatla yanaşı, gül dəstəsi və özünün dostluq karikaturasını da alıb.

Xatırladaq ki, Teymur Madriddə üç qələbə qazanıb və iki məğlubiyyətlə üzləşib. Bu nəticə ona 7,5 xal toplamağa və 3-cü yeri tutmağa imkan verib. O, yalnız yarışın lideri Yan Nepomnyaşiyə və çinli Din Lijenyuya uduzub.

Bizim.Media
 

Mənbə: bizim.media