Əfran İsmayılov bu kluba keçir

Əfran İsmayılov bu kluba keçir<span class="qirmizi"></span>

"Səbail"dən ayrılan Əfran İsmayılov karyerasını "Kəpəz"də davam etdirəcək.

Bu barədə 33 yaşlı yarımmüdafiəçi özü Qol.az saytına açıqlama verib. O, Gəncə təmsilçisi ilə 1 illik müqavilə üçün razılaşdıqlarını bildirib:

 

"Kəpəz"lə razılıq əldə etmişik. 1 illik müqavilə imzalayacağıq".

Qeyd edək ki, Əfran mayın 31-də "Səbail"dən ayrılıb. O, 2020-ci ildən bu komandada oynayırdı.

Mənbə: qol.az