"Barselona"dan Ronaldo açıqlaması

"Barselona"nın prezidenti Joan Laporta "Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldonun mümkün transferi haqda danışıb.

Qol.az "AS"a istinadən xəbər verir ki, o, portuqaliyalı oyunçunun agenti Jorje Mendeşlə nahar etdiyini təsdiqləyib: “Düzdür, Mendeşlə nahar etmişəm. Mən heç nəyi istisna etməyəcəyəm, bu, bizim maraqlarımıza uyğun gəlmir. Mendeşin nə dediyini dəqiqləşdirməyəcəyəm. Onunla həmişə danışmaqda maraqlıyam. Mendeş transfer bazarındakı vəziyyətdən danışır”.

 

Qeyd edək ki, bundan əvvəl Ronaldonun "Mançester Yunayted"dən ayrılmaq istədiyi barədə xəbərlər yayılıb.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

Brent neftin qiyməti 100 dollardan aşağı düşdü - YENİ BÖHRAN GÖZLƏNİLİR

SONRAKI XƏBƏR

Özbəkistanda baş verənlərin PƏRDƏARXASI: "Hökumət vaxtında müdaxilə etməsəydi..."