Stolüstü tennisçilərimiz Avropa çempionatında mübarizəyə başlayıblar

 

Bakı, 6 iyul, AZƏRTAC

Bu gün Serbiyanın paytaxtı Belqradda yeniyetmə stolüstü tennisçilərin Avropa çempionatına start verilib.

AZƏRTAC xəbər verir ki, yarışın ilk günündə oğlanlardan ibarət Azərbaycan seçməsi Sloveniya kollektivi üzərində 3:1 hesabı ilə qələbə qazanıb. Komandamız sabah Avstriya millisi ilə üz-üzə gələcək.

İlk oyunda Yunanıstan seçməsinə 1-3 hesabı ilə uduzan qızlardan ibarət milli isə, ardınca Monteneqro komandasına qalib gəlib - 3:0. Qrup mərhələsində növbəti rəqib İsveç kollektivi olacaq.

Mötəbər yarışda məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə Arzu Aslanova, Aylin Əsgərova, Mərziyyə Nurmətova, Adil Əhmədzadə, Hüseyn Eylazov və Onur Quluzadə komanda turniri ilə yanaşı şəxsi, qoşa və qarışıq qoşa yarışlarında da bacarıqlarını göstərəcəklər.

Beynəlxalq dərəcəli hakimlər Könül Mikayılova ilə Zaur Mikayılov da Avropa birinciliyində ölkəmizi təmsil edirlər.

Yarışa iyulun 16-da yekun vurulacaq.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanda arvad ərini döyüb öldürdü

SONRAKI XƏBƏR

Erməni ekspert: “Bu gün biz dövlət olaraq Liviya və Suriya olmaq yolundayıq”