"Neftçi"nin rəqibi yoxlama oyununda uduzub

"Neftçi"nin rəqibi yoxlama oyununda uduzub<span class="qirmizi"></span>

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan Kipr "Aris"i yoxlama oyunu keçirib.

"Report"un məlumatına görə, Limassol klubu Xorvatiyanın "Slaven Belupo" komandası ilə qarşılaşıb. Görüş Koprivnitsa təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

İlk hissədən sonra "Aris" 2 top fərqi ilə öndə olsa da, ikinci yarıda 4 qol buraxaraq məğlub olub.

Qeyd edək ki, "Neftçi" "Aris"lə ilk oyununu iyulun 21-də, cavab görüşünü iyulun 28-də evdə keçirəcək.

Mənbə: report.az