Salah yeni müqavilə ilə nə qədər qazanacaq?

Salah yeni müqavilə ilə nə qədər qazanacaq?<span class="qirmizi"></span>

Məhəmməd Salahın "Liverpul"la yeni müqaviləsinin təfərrüatları məlum olub.

Qol.az "The Atheltic"ə istinadən xəbər verir ki, yeni müqaviləyə əsasən, 30 yaşlı hücumçu həftədə 350 min funt-sterlinqdən çox qazanır. Bildirilib ki, bonuslarla misirli oyunçunun maaşı həftədə təxminən 400 minə çata bilər.

Qeyd edək ki, Mersisayd klubu iyulun 1-i Salahla müqavilənin müddətini 2025-ci ilin yayına kimi uzadıb.

Mənbə: qol.az