"Qarabağ"a qol vuran futbolçu Bakıya gəlməyə bilər

"Qarabağ"a qol vuran futbolçu Bakıya gəlməyə bilər<span class="qirmizi"></span>

Polşa "Lex"inin futbolçusu Mikhael İshak Bakıda "Qarabağ"a qarşı keçiriləcək UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda iştirak etməyə bilər.

"Report"un yerli mətbuata istinadən məlumatına görə, Almaniyanın "Sankt-Pauli" klubunda təklif alan isveçli hücumçunun tezliklə Poznan təmsilçisini tərk edəcəyi gözlənilir.

29 yaşlı forvard daha əvvəl bu ölkənin "Köln" və "Nürnberq" komandalarında da çıxış edib.

Qeyd edək ki, iyulun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Lex" matçı saat 20:00-da başlayacaq. Poznandakı ilk qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu məhz Mikael İshak vurub.

Mənbə: report.az