Azərbaycan velosipedçisi ilk dəfə dünya reytinq cədvəlinə düşüb

Trek velosipedi üzrə 23 yaşadək qadınlardan ibarət Azərbaycan milli komandasının üzvü Ayan Xankişiyeva İtaliyada keçirilən beynəlxalq yarışda iştirak edib.

Azərbaycan Velosiped İdmanı Federasiyasından "Report"a verilən məlumata görə, o, dünyanın ən güclü trek velosipedçilərinin mübarizə apardığı yarışdauğurlu nəticələrə imza atıb.

Xankişiyeva Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) trek velosipedi üzrə reytinq cədvəlində yer alan ilk yerli xanım idmançı olub. 21 yaşlı velosipedçi yarışda 35 xal toplayıb və UCI-nin dünya reytinq cədvəlində 297-ci pillədə yer alıb. Azərbaycan isə dünya 35 xalla 45-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Ayan Xankişiyeva yarışda trek velosipedinin xallar üzrə qrup ötüşməsində 10-cu, çıxma növü üzrə qrup ötüşməsində 11-ci, skreç üzrə qrup ötüşməsində isə 5-ci yerə layiq görülüb.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Altı nəfər ölmüşdü: 19 yaşlı sürücünün məhkəməsi başlayır

SONRAKI XƏBƏR

ÜST-dən həyəcan təbili: Uşaqlar arasında meymunçiçəyinə yoluxma var