"Səbail" bir neçə futbolçu ilə danışıqlar aparır

"Səbail" klubu bir neçə futbolçu ilə danışıqlar aparır.

Bu barədə "Report"a komandanın baş məşqçisi Mahmud Qurbanov məlumat verib.

49 yaşlı mütəxəssis maraqlandıqları oyunçular arasında legionerlərlə yanaşı, yerlilərin də olduğunu bildirib: "İstəyirik, hər mövqedə normal futbolçular olsun. Bir neçəsi ilə danışırıq, amma sayları çox deyil. Qapıçının yerli olmasını istəyirik. Onların arasında Emil Balayev də var. Digər mövqelərə isə əcnəbi oyunçular axtarırıq".

Qurbanov indiyədək heyətə cəlb olunan yeni transferlər - Ağabala Ramazanov, Emil Martinov, Qoba Zakpa, Luvaqa Kizito, Rafael Məhərrəmli, Qustavo Moreno de França, və Franko Mazurekin komandaya kömək edə biləcəklərinə inandığını söyləyib: "Düşünürəm kİ, istədiyimiz kimi çıxış edəcəklər. Onlara inamımız böyükdür, əks halda burada olmazdılar. Eyni zamanda, həmin futbolçulardan tələblər də böyük olacaq".

Report.az

ƏVVƏLKİ XƏBƏR

Birinci Qarabağ müharibəsinin qazaxıstanlı şəhidinin anım mərasimi keçirilib

SONRAKI XƏBƏR

Yardımlıda qadını öldürən həmkəndlisi tutulub