"Neftçi"dən ayrılan hücumçu Səudiyyə Ərəbistanı klubunda

"Neftçi"dən ayrılan hücumçu Səudiyyə Ərəbistanı klubunda<span class="qirmizi"></span>

"Neftçi"dən ayrılan futbolçu Tiaqo Bezerranın yeni klubu müəyyənləşib.

Qol.az xəbər verir ki, 35 yaşlı hücumçu karyerasını Səudiyyə Ərəbistanı "Əl-Aruba"sında davam etdirəcək. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Braziliyalı forvard ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Neftçi"yə 2021-ci ilin sentyabrında transfer olunmuş Tiaqo Bezerra ötən ayın sonunda komandadan ayrılıb. O, geridə qalan mövsüm 25 oyunda 10 qol vurub və komandanın bombardiri olub.

Mənbə: qol.az