Azərbaycanlı idmançının UFC-dəki ilk döyüşünün vaxtı bəlli oldu

Azərbaycanlı idmançının UFC-dəki ilk döyüşünün vaxtı bəlli oldu<span class="qirmizi"></span>

Azərbaycanın MMA döyüşçüsü Nəriman Abbasovun UFC-dəki ilk döyüşünün vaxtı bəlli olub.

“Report”un məlumatına görə, bu barədə 28 yaşlı idmançının meneceri Şiraslan Kərimov mətbuat konfransında açıqlama verib.

O bildirib ki, Abbasovun debütü bu il sentyabrın 6-da braziliyalı İsmael Bonfimə qarşı olacaq:

“Növbəti döyüş isə dekabrda gözlənilir”.

Kərimov idmançının UFC-yə keçməsi üçün danışıqların 7 ay davam etdiyini bildirib: “2021-ci ilin dekabrında viza aldıq. Əlbəttə, danışıqlar prosesi ağır keçdi. Bazarımız hələlik elə də zəngin deyil. Amerikalılar bunda elə də maraqlı deyildilər. Amma bizə şans verdilər. Düşünürəm ki, digər azərbaycanlı döyüşçülər üçün də yol açdıq”.

Mənbə: moderator.az