"Kəpəz"in baş məşqçisi: "Çətin durumdayıq, kənardan maliyyə dəstəyi yoxdur"

"Kəpəz"in baş məşqçisi: "Çətin durumdayıq, kənardan maliyyə dəstəyi yoxdur"<span class="qirmizi"></span>

"Oyuun çətin keçəcəyini bildiridk. Güclü rəqibə qarşı oynadıq. "Zirə" avrokuboklarda ölkəmizi təmsil edir. Bu gün əks hücumlardan istifadə etməyə çalışdıq. Futbolçulardan razı qaldım. Meydanda etdikləri tərifəlayiqdir. Gələcəkdə daha yaxşı oynamağa çalışacağıq".

"Report"un məlumatına görə, bunu "Kəpəz"n baş məqçisi Yaşar Vahabzadə "Zirə"yə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının ilk turunun oyunundan sonra mətbuat konfransında deyib.

62 yaşlı mütəxəssis ikinci qolu öz səhvlərindən və təcrübəsizliklırindən buraxdıqlarını bildirib: "Rəqibi bizi əks hücumda yaxaladı və fərqləndi. Rəqibi təbrik edirəm. Əvəzetmələrin oyunun gedişatını dəyişəcəyindən ehtiyatlandığım üçün meydana yeni futbolçu buraxmaq istəmədim. Bu gün bizi 1 xal da qane edə bilərdi. Amma lazımsız top itkisindən sonra qapımızda qol gördük".

O, komandanın çox çətin durumda olduğunu bildirib: "Kənardan maliyyə dəstəyi yoxdur. Sonradan stadion problemi yarandı. əvvəl dedilər ki, az sayda azarkeşin iştirakı ilə Gəncədə oynayacağıq. Amma sonra eşitdik ki, rəqiblərimizi Bakıda qəbul edəcəyik. Hamı Gəncə azarkeşlərinin çılğınlığını yaxşı bilir. Bölgə komandasıyıqsa, Gəncədə oynamalıyıq. Orada oynasaydıq, hər şey ola bilərdi".

Vahabzadə iki oyunçu ilə bağlı problem yaşadıqlarını bildirib: "Transfer vərəqələri gəlməyib. Yaxın günlərdə komandaya yeni futbolçular qoşulacaq".

Mənbə: report.az