“Barselona”nın Messi ilə əlaqəyə keçməsinə aydınlıq gətirilib

“Barselona”nın Messi ilə əlaqəyə keçməsinə aydınlıq gətirilib<span class="qirmizi"></span>

“Barselona” klubunun rəhbərliyi Lionel Messini kluba qaytarmaqla bağlı onun ətrafındakılarla heç bir təmasda olmayıb.

Ulduz futbolçunun ətrafında olan şəxslər mətbuatda gəzən söhbətlərə reaksiya verərək qeyd ediblər ki, Kataloniya klubunun rəhbərliyindən heç kim onlarla əlaqə saxlamayıb.

“Kim bunun əksini iddia edirsə, yalan danışır”, – mənbə Messiyə yaxın olan şəxsə istinadən yazıb.

 

Mənbə: www.oxu.az