Azərbaycanın voleybol yığması İslamiadaya darmadağınla başlayıb

Azərbaycanın voleybol yığması İslamiadaya darmadağınla başlayıb<span class="qirmizi"></span>

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında mübarizə başlayıb.

"Report"un məlumatına görə, B qrupunda yer alan yığma ilk görüşündə Seneqal seçməsi ilə üz-üzə gəlib.

Qarşılaşma Eldar Yusubovun baş məşqçi olduğu komandanın 3:0 (7:25, 6:25, 10:25) hesablı qələbəsi ilə başa çatıb.

Mənbə: report.az