Elmar Baxşıyev: "Belə azarkeşlər qarşısında oynamaq zövq verir"

"Çox maraqlı oyun alındı. Belə azarkeşlər qarşısında oynamaq futbolçulara zövq verir. Hamımız stadionlarda fanat sayının çox olmasını istəyirik. Tovuz təmsilçisi Azərbaycan futboluna gözəllik gətirən komandalardan biridir. Rəqibə uğurlar arzu edirəm".

"Report"un məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev səfərdə "Turan Tovuz"a 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının I tur matçından sonra mətbuat konfransında deyib.

42 yaşlı mütəxəssis iki fərqli hissə izlədiklərini bildirib: "İlk yarıda daha çox topa nəzarəti fikirləşmişdik. İkinci hissədə isə hücumların sayını artıraraq, istədiyimiz nəticəni əldə etdik".

O, yeni transfer Ramon Maçadonun komandaya yeni qoşulduğunu və tam hazır olmadığını söyləyib: "Cəmi 50-60 faiz hazırdır. Kollektivi hiss etməsi üçün onu meydana buraxdıq. Rauf Rüstəmli akademiyamızın yetirməsidir və gələcək vəd edən futbolçudur. Sarı vərəqə aldığı epizodu emosiyalarla əlaqələndirərdim".

Report.az

ƏVVƏLKİ XƏBƏR

Dava zamanı kişinin qulağını dişləyib QOPARDI

SONRAKI XƏBƏR

Mariupolda ukraynalı əsirlərlə bağlı “tribunal” hazırlanır