Mixael Şumaxerin bolidi hərraca çıxarılıb

"Formula 1" üzrə yeddiqat dünya çempionu Mixael Şumaxerin 1998-ci ildə idarə etdiyi Ferrari F300 avtomobili ABŞ-ın Kaliforniya ştatında hərraca çıxarılıb.

"Report"un məlumatına görə, bolidin qiyməti təxminən 6-8 milyon ABŞ dollarıdır.

Hərrac 18-20 avqustda Monterey Konfrans Mərkəzində gerçəkləşəcək.

Qeyd edək ki, Mixael Şumaxer 2013-cü ilin dekabrında Fransadakı dağ xizəkçilik trasında ağır kəllə-beyin travması alıb. O, beyninin hər iki yarımkürəsindən çoxsaylı xəsarət və qanaxma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Şumaxer 2014-cü ilin iyununda komadan çıxıb və bərpa mərkəzinə yerləşdirilib. Onun müalicəsi həmin ilin sentyabrından İsveçrədəki evində davam etdirilir.

Report.az

ƏVVƏLKİ XƏBƏR

“Getmək istəməsələr, zor gücünə, iti qovan kimi qovacağıq” – Separatçıların “şivən”inə şillə kimi cavab

SONRAKI XƏBƏR

“Putin ora getsə, Zelenski də gedəcək” - Kiyevdən kritik qərar