Futbol matçının startı meydançada yatan itə görə gecikib

Futbol matçının startı meydançada yatan itə görə gecikib<span class="qirmizi"></span>

Futbol üzrə Paraqvay I Divizionunun "Sol de Amerika" - "Quarani Asunsyon" oyununda maraqlı hadisə baş verib.

"Report"un məlumatına görə, qarşılaşmanın startı meydanda itin yuxuya getməsi səbəbindən gecikib.

Tribunalara toplaşan azarkeşlər xeyli səs-küy salsalar da, heyvan yuxudan ayılmayıb. Oyun it oyanıb meydançanı tərk etdikdən sonra başlayıb.

Qeyd edək ki, oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Mənbə: report.az