Mədət Quliyev: "İslamiadada velosipedçilərimizin hamısı finişə çatıb"

Mədət Quliyev: "İslamiadada velosipedçilərimizin hamısı finişə çatıb"<span class="qirmizi"></span>

"Biz bu yarışlara inkişaf kimi baxırıq və fikirləşirik ki, bu, dərs prosesidir".

"Report"un Konyaya ezam olunmuş əməkdaşının məlumatına görə, bunu Azərbaycan Velosiped Federasiyasının (AVF) prezidenti Mədət Quliyev yerli idmançıların Türkiyədə keçirilən V İslam Həmrəyliyi Oyunlarındakı çıxışı barədə danışarkən deyib.

O, göstəricilərin çox yüksək olduğunu bildirib: "Bilirsiniz ki, velosiped yarışı bir az ağırdır. Burada starta çıxanların hamısı finişə çatmır. Bizim idmançılarımızın isə hamısı finişə çatıb".

M.Quliyev əsas hədəflərinin Olimpiya, dünya və Avropa çempionluğu olduğunu söyləyib: "Bunun yolu var və biz də bu yolda gedirik".

Qeyd edək ki, İslamiadada çıxış edən Azərbaycan velosipedçiləri hələlik medal qazana bilməyiblər.

Mənbə: report.az