Cüdoçumuz dünya çempionatında mübarizəyə başlayır

Cüdoçumuz dünya çempionatında mübarizəyə başlayır<span class="qirmizi"></span>

 

Bakı, 10 avqust, AZƏRTAC

Bu gün Ekvadorun Quayaquil şəhərində cüdo üzrə gənclər arasında dünya çempionatı start götürəcək.

AZƏRTAC xəbər verir ki, yarışın ilk günündə Turan Bayramov (60 kq) mübarizə aparacaq. Onun ilk rəqibi yunanıstanlı Adam Anastasopoulos olacaq.

Qeyd edək ki, 65 ölkədən 400-ə yaxın idmançının qatılacağı yarışda Azərbaycanı 8 idmançı təmsil edəcək. Cüdoçularımız baş məşqçi Elxan Məmmədov və məşqçi Elxan Rəcəblinin rəhbərliyi altında çıxış edəcəklər.

Mənbə: azertag.az