Azərbaycan İslamiadada güləş növündə ilk medalını qazandı

Azərbaycan İslamiadada güləş növündə ilk medalını qazandı <span class="qirmizi"></span>

Azərbaycanı Türkiyənin Konya şəhərindəki V İslam Həmrəyliyi Oyunlarında təmsil edən sərbəst güləşçi Əliabbas Rzazadə 3-cü yer uğrunda görüşə çıxıb.

"Report"un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, rəqib tacikistanlı Hikmotullo Vohidov olub. Qarşılaşmadan 8:7 hesablı üstünlüklə ayrılan Rzazadə bürünc medala yiyələnib.

Qeyd edək ki, bu, İslamiadada Azərbaycanın güləş növündə ilk, ümumilikdə isə 6-cı medalı olub.

Mənbə: report.az