Rafael Fiziyev: "Makqreqor hər zaman mənə sataşır" - VİDEO

"Makqreqorun fikrlərinin əksəriyyətinə hörmətlə yanaşıram. Xüsusəndə öz işində nailiyyətləri olanlara qarşı. Onun qədər heç kim uğur qazanmayıb. Həm də bu idman üçün çox şey edib. Bu gün heç kim bu qədər iş görməyib."

BAKU.WS xəbər verir bu sözləri Rafael Fiziyev CBC Sport kanalının "Təkbətək" verilişində irlandiyalı UFC döyüşçüsü Konor Makqreqor haqqında danışarkən deyib.

"O, özü hər zaman mənə sataşır. Mən ona heç nə etməmişəm. O ilk dəfə mənə 2020-ci ildə sataşdı. Bu söhbət hələ mənim matriks fənnimdən öncə başlamışdı. Bu insan bir az fantaziyalar dünyasında yaşayır. Mən həqiqətən onu zala dəvət etdim."

Daha ətraflı videoda:

BAKU.WS

 

Baku.ws

ƏVVƏLKİ XƏBƏR

Toyda BİABIRÇILIQ: Bəy gəlinin xəyanət videosunu göstərdi - VİDEO

SONRAKI XƏBƏR

Livanda əmanəti dondurulan silahlı şəxs bankdakı insanları girov götürüb