Azərbaycanlı ağırlıqqaldıran: "Dövlətimə xeyrim dəydiyi üçün xoşbəxtəm"

"Təəssüratlarım çox yaxşıdır. Cəmi iki ildir ki, ağırlıqqaldırma ilə məşğul oluram. İlk beynəlxalq yarışım olmağına baxmayaraq, çox yaxşı çıxış etdim. Ölkəmin bayrağını qaldırdığım və medalsız qalmadığım üçün çox xoşbəxtəm. Ən azından dövlətimə xeyrim dəydi".

"Report"un Konyaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu Türkiyənin Konya şəhərində ağırlıqqaldırmada bürünc medal qazanmış Nazilə İsmayılova jurnalistlərə müsahibəsində deyib.

O, birdən 54 kq, təkanla isə 67 kq ağırlığın öhdəsindən gələrək həm iki kiçik bürünc, həm də ümumi hərəkətin cəminə görə bir böyük bürünc medal qazanıb. 24 yaşlı idmançı startda həyəcanın olmasını və bu səbəbdən ilk yanaşmasının uğursuz olduğunu bildirib: "Birinci yanaşmam zamanı həyəcanım vardı. Amma məşqçinin sayəsində bu həyəcanın öhdəsindən gələ bildim. Çətinlik çəkmədim. Yarış qardaş ölkədə keçirildiyindən, özümü evdəki kimi hiss etdim".

Nazilə İsmayılova medalını kimə həsr etdiyini də açıqlayıb: "Burada şəxsi rekordumdan aşağı nəticə göstərdim. Çünki çox zədələrim vardı. Bu qələbəmi öz şəxsi məşqçim Emin Əliyevə həsr edirəm.

Bundan sonra qarşıdan Avropa və dünya çempionatları gəlir. Oradan çempion olaraq qayıtmaq ən böyük arzularımdan biridir".

Qeyd edək ki, bu, Azərbaycanın qazandığı 14-cü medaldır.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Zaqatalada itən hindistanlı turistlə bağlı YENİ XƏBƏR

SONRAKI XƏBƏR

Oğlu cinsini dəyişdi, səsi batdı, övladı yasına gəlmədi – Həyat yoldaşı ondan niyə ayrıldı?