“Real”ın keçmiş baş direktoru Ronaldu və Messini müqayisə etdi: “Dahi doğulur, fenomen isə inkişaf edir”

“Real Madrid”in sabiq baş direktoru Xorxe Valdano “Mançester Yunayted”in hücumçusu Kriştianu Ronaldu və “Pari Sen-Jermen”in hücumçusu Lionel Messinin çıxışlarını müqayisə edib.

“Ronaldu fenomendir, Messi isə dahidir. Kriştianu daha aşağı rütbəyə sahib olsa da, diqqətli olun, çünki bəzən bir fenomen bir dahidən daha üstündür. Dahi doğulur, fenomen isə inkişaf edir”, - deyə Valdano qeyd edib.

Lionel Messinin hesabında artıq yeddi “Qızıl top” var. Ronaldu ən yaxşı oyunçu adına beş dəfə layiq görülüb.

 

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Putin Almaniyaya bir şərtlə gələ bilər - Şolts

SONRAKI XƏBƏR

Ermənistanın sabiq müdafiə nazirinin işi Antikorrupsiya məhkəməsinə göndəriləcək