Azərbaycan paralimpiyaçıları İslamiadaya bürünc medallarla başlayıblar

Azərbaycan paralimpiyaçıları İslamiadaya bürünc medallarla başlayıblar<span class="qirmizi"></span>

Azərbaycan para-oxatanları Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında 2 bürünc medal qazanıblar.

Milli Paralimpiya Komitəsindən "Report"a verilən məlumata görə, Cahan Musayeva və Azadə Abdullayevadan ibarət komanda miks, Cahan Musayev və Əli Nəbeyindən ibarət kollektiv isə komanda növündə 3-cü yeri tutublar.

Qeyd edək ki, İslamiadada Azərbaycanı 8 paralimpiyaçı təmsil edir.

Mənbə: report.az